Beynəlxalq Visa ödəmə sistemi xəbərdarlıq edib ki, 2015-ci il oktyabrın 1-dən Rusiya banklarında kartla əməliyyatlara təminat verə bilməyəcək.
Bu barədə Rusiyanın “Kommersant” qəzeti Visanın rəsmi məktubuna istinadla xəbər verir.
Rusiya qanunlarına görə, oktyabrın 1-dən kartlarla bütün daxili əməliyyatlar milli ödəmə kart sistemi (HCPK) əsasında həyata keçirilməlidir.
VİSA və MasterCard əməliyyatlarını bu sistemlə həyata keçirməyəcəkləri halda böyük məbləğdə pul təminatı göstərməli olacaqlar.
MasterCard artıq 2015-ci ilin martından HCPK sistemi vasitəsi ilə işləməyə başlayıb.
Visa və MasterCard ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına görə, bir sıra Rusiya banklarında kart xidmətini dayandırıblar.
Rusiya hakimiyyəti isə buna cavab olaraq milli ödəniş sistemi yaradıb.
azadliq.org