30 C
Baku
Tuesday, June 28, 2022

“VISA” Rusiyada sayt və tətbiqlərdən kart məlumatlarının silinməsi xidmətini işə salıb

“Visa” Rusiyada sayt və tətbiqlərdən kart məlumatlarının silinməsi funksiyasını işə salıb.

Banker.az “vc.ru” ya istinadən xəbər verir ki, bəzi banklar bu funksiyanı öz mobil tətbiqinə əlavə etməyi planlaşdırır.

Xidmət bankın mobil tətbiqetməsinə daxil ediləcək, nəticədə istifadəçilər kart məlumatlarını daxil etdikləri onlayn mağazaların siyahısını görə biləcəklər. Verilən məlumata görə, yeni funksiyanı “VTB”, “Home Kredit” və “MTS-Bank” işə salıb, gələcəkdə Rusiyanın digər bankları da onu tətbiq etməyi planlaşdırır.

Xatırladaq ki, “Visa” planlarını 2020-ci ilin martında açıqlayıb. Xidmət yalnız “Visa” kart istifadəçiləri üçün nəzərdə tutulub. O, kart buraxan bankın mobil tətbiqinə daxil edilməlidir.

Analoji funksiya “Mastercard” sahibləri üçün də yaradıla bilər.

Son xəbərlər
Oxşar xəbərlər