19 C
Baku
Sunday, October 6, 2024

Visa şəxsiyyətin biometrik üsulla təsdiqləmə sistemini yaratdı

Beynəlxalq ödəniş sistemi olan Visa çipli plastik kart istifadəçilərinin biometrik aydınlaşdırılması (identifikasiyası) üçün yeni spesifikasiyanı təqdim etmişdir. Belə ki, yeni spesifikasiya barmaq, ovuc, üzün skan edilməsi və yaxud səsin tanınması yolu ilə tranzaksiyanı təsdiq etməyə imkan verəcək. Şəxsiyyətin biometrik üsulla təsdiqləmə sistemi EMV (çip) standartına uyğun olacaq.

Visa yeni yaratdığı sistemdən həm fırıldaqçılıq hallarının qarşısını almaq, həm də təhlükəsiz ödəniş həyata keçirmək üçün istifadə edəcək. Yeni sistemin iş prinsipi elə şəkildə qurulmuşdur ki, barmaq izləri və yaxud digər biometrik məlumat biometrik oxucu tərəfindən şifrələnir və sonradan yoxlanılır. Beləliklə, istifadəçilərin biometrik məlumatları hər hansı bir şəkildə mərkəzi məlumat bazalarında saxlanılmır.

Visa-nın yeni spesifikasiyası EMV standartı üzərində yaradıldığından bütün dünya üzrə 3,3 milyarda yaxın çipli kart istifadəçisi üçün əlçatan olacaq. Yeni sistemi ilk olaraq Cənubi Afrika bankı olan Absa Bank sınaqdan keçirir.

Son xəbərlər
Digər xəbərlər