4 C
Baku
Cümə, Dekabr 3, 2021

Visa şirkəti Bakıda ilk Visa Cashless Forum keçirir

Visa şirkəti Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə Bakıda Visa Cashless Forum keçirir.

Fevralın 12-də Azərbaycanda “Driving the Future” (“Gələcəyi yaxınlaşdıraraq”) mövzusu altında ilk Visa Cashless Forum keçiriləcək.

Visa Cashless Forum – Visa şirkətinin MDB və Cənub-Şərqi Avropa regionunda ən qabaqcıl tədbirlərdən biridir, hansı ki, rəqəmsal ödənişlər sahəsində olan mütəxəssisləri, maliyyə texnologiyasının təmsilçilərini, ticarət və xidmət təşkilatlarını, ödəniş xidmətlərinin təchizatçılarını və nizamlayıcılarını birləşdirir. Forum müasir tendensiyaları, çağırışları, imkanları, nəğdsiz ödənişlər və ödəniş innovsiyalar sahəsinin inkişaf və artımının əsas istiqamətlərini müzakirə etmək üçün bir meydan rolunu oynayır.

Forum ilk dəfə 2017-ci ildə Ukraynada keçirilib. Daha sonra Visa Cashless Forum-u Qazaxıstan, Serbiya və Belarusda keçirilmişdir. Ukraynada keçirilmiş 2019 Visa Cashless Forum 2019-cu ildə maliyyə sektorunun nümayəndələri üçün ən yaxşı tədbir kimi tanınmış və PaySpace Award 2019 mükafatına layiq görülmüşdür LİNK

Bu il Bakıda keçiriləcək Visa Cashless Forum-un spikerlərin və iştirakçilərin diqqət mərkəzində müasir ödəniş ekosistemini formalaşdıran tendensiyalar və onların istehlakçılara və biznesə təsir edən yolları olacaq:

• innovativ ödəniş həlləri;
• rəqəmsal transformasiya və “smart” ölkə;
• emosional bankçılıq və müasir istehlakçılar;
• bank sektorun gələcəyi : ənənəvi banklar və neobanklar;
• Rəqəmsal bankçılığın fərqli inkişaf yolları;
• nağdsız ödənişlər sektorunun inkişafının katalizator kimi tənzimlənməsi.
Forum panel müzakirələri, debatlar, yerli və beynəlxalq məruzəçilərin, o cümlədən aşağıdakıların iştirakı ilə əsas çıxışlar və praktiki təcrübəni əks etdirən təqdimatlar kimi bir neçə interaktiv formatda keçir:
• Alim Quliyev, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti Sədrinin Birinci Müavini
• Vüsal Qasımlı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru
• Nicat Əsədli, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının Meneceri
• Zakir Nuriyev, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti
• Elmir Həbibullayev, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti Sədrinin Müavini
• Cəlal Orucov, PAŞA Bank, Baş Əməliyyat İnzibatçısı
• Faiq Hüseynov, Unibank-ın İdarə Heyətinin Sədrinin Birinci Müavini
• Elnur Həsənov, Bank Respublika, İdarə Heyətinin Sədrinin müavini
• Samir Məmmədov, Kapital Bank Marketing Departamentinin Direktoru
• Natalya Kadya, Danavych Law şirkətinin hüquqi tərəfdaşı, neyromenecment üzrə mütəxəssis, liderlik bacarığı inkişafı üzrə ləlimçi, Ukrayna
• Serqey İşkov, Boston Consulting Group, idarəedici direktor və tərəfdaş
• Arkadiy Qerşman, urbanist, Rusiya
• Uttam Nayak, Baş Vitse-prezident, əlavə xidmət növləri və Visa Direct, Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu, Visa
• Salvador Peres-Qalindo, hökumətlər ilə əlaqələr üzrə Vitse-prezident, Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu, Visa
• Vira Platonova, MDB və Cənub-Şərqi Avropa regionu üzrə Baş Vitse-prezident və Baş Menecer, Visa
• Kristina Doroş, Qafqaz regionu üzrə Regional Menecer, Visa
• Roman Qorbenko, müştəri məhsulları departamentinin Direktoru, Visa Rusiya
• Andrey Aleykin, Baş Direktor, rəqəmsal həllər, Visa CISSEE
• Svyatoslav Senyuta, Baş Direktor, dövlət orqanları ilə əməkdaşlıq departamentinin rəhbəri, Visa CISSEE
• Yevgeni Lesnyak, MDB və Cənub-Şərqi Avropa regionunun strateji tərəfdaşlıq və maliyyə texnologiyaları üzrə Baş Direktoru, Visa CISSEE

©Trend

Son xəbərlər
Oxşar xəbərlər
X