16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Visa şirkəti QR-kod ilə mobil ödənişləri genişləndirir

faizlere

Banker.az xəbər verir ki, ödəniş sistemi əsas olaraq QR-kodlar ilə işləyir, lakin indi adi düyməli telefona sahib istifadəçilər də rəqəmki kodlar vasitəsilə ondan istifadə edə biləcək.

mVisa vasitəsilə alış-veriş edən alıcı öz smartfonu ilə QR-kodu skan etməlidir. Yalnız bundan sonra lazımi məbləğ onun bank hesabından satıcının hesabına köçürüləcək.

Şirkətin verdiyi məlumata görə, mobil ödəniş sistemi alıcı və satıcının hansı bankın müştəriləri olmasından asılı olmayaraq işləyir.

mVisa platforması müştərilərinə asan və ucuz şəkildə mobil ödəniş həyata keçirmək imkanı vermək istəyən satıcılar üçün nəzərdə tutulub. Həmçinin şirkətin verdiyi məlumatda qeyd edilir ki, platforma artıq Hindistan, Keniya və Nigeriyada əlçatandır. Bundan əlavə, Kambodca, Misir, Qana, İndoneziya, Qazaxıstan, Malayziya, Pakistan, Ruanda, Tanzaniya, Tayland, Uqanda və Vyetnam da daxil olmaqla daha 12 ölkədə işə salınacaq.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər