15 C
Baku
Wednesday, April 24, 2024

“Visa” şirkəti Qafqaz regionu üzrə yeni direktor təyin edib

“Visa” şirkəti bu gün Kristina Doroşun Qafqaz regionu üzrə ölkə direktoru təyin edillib. Kristina Doroş bu yeni vəzifəsində əsas diqqətini “Visa” şirkətinin regionun bazarlarındakı fəaliyyətinə, eləcə də şirkətin banklara, satış nümayəndələrinə və kart sahiblərinə göstərdiyi dəyəri artırmaqla Qafqaz regionunda elektron ödənişlərin genişlənməsinə yönəldəcək.
 
“Biz Kristina Doroşun “Visa” şirkətinin Qafqaz region üzrə ölkə direktoru vəzifəsinə təyin olunması xəbərini yaymaqdan böyük məmnunluq duyuruq. Sınanmış idarəetmə və liderlik bacarıqları, ödənişlərlə bağlı dərin bilikləri və regional biznes işini əla bilməsi sayəsində Kristinanın şirkətimizin Qafqaz regionundakı ölkələrə verdiyi əhəmiyyəti nəzərə alaraq, fəaliyyətimizi daha yüksək zirvələrə aparacağına inanırıq”, – “Visa” şirkətinin CISSEE üzrə ölkə direktoru Vira Platonova bildirib.
Kristina Doros pərakəndə bankçılıq, informasiya texnologiyaları, kartlar və mobil ödəmələr üzrə 20 illik iş təcrübəsinə malikdir.  2016-cı ildən bəri Kristina Regional Məhsullar komandasına rəhbərlik etmək üçün “Visa” şirkətinə qoşulub və 2019-cu ildən Problemlərin Həlli Departamentinin müdiri, “Visa” CISSEE-nin vitse-prezidentinin səlahiyyətlərini icra edir. Əsas məhsullardan (Debit, Credit və Premium) başqa, Kristina həmçinin elektron ödənişlərin yayılması üçün baza rolunu oynayan “Loyalty” platformasının inkişafı, Rəqəmsal Həllər və “Push Payments” sistemini idarə edir. Kristinanın peşəkar uğurlarının əsas mərhələlərinə Premium ödənişlərinin artırılması, Ukraynada və Belarusda “Loyalty” proqramının işə salınması, Tap to Phone SME texnologiyasının işə salınmasının dəstəklənməsi və s. daxildir.
 
“Visa CİSSEE məhsulları komandasının rəhbəri kimi maraqlı təcrübəmdən sonra Qafqaz regionunda “Visa” şirkətinə rəhbərlik etməkdən məmnunluq duyuram. Bu, müştərilərimizə və tərəfdaşlarımıza daha çox innovasiya və fayda təqdim edə bilmək və ödənişlərin gələcəyini formalaşdırmaqla və regionda yenilikləri təşviq etməklə bazarda mövcudluğumuzu gücləndirmək üçün maraqlı və çətin bir imkandır”- Kristina Doroş bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər