14 C
Baku
Thursday, April 25, 2024

Visa şirkəti QR-kodlar ilə ödəniş xidmətini genişləndirir

Banker.az saytının verdiyi xəbərə görə, Visa şirkəti QR-kodların köməkliyi ilə həyata keçirilən ödənişlərin miqyasını genişləndirir. Tezliklə xidmət Misir, Qana, İndoneziya, Qazaxıstan, Nigeriya, Pakistan və Vyetnamdan olan tacir və istehlakçılar üçün əlçatan olacaq.

mVisa xidməti öz istifadəçilərinə ticarət nöqtələrində öz mobil telefonlarından ödəniş etmək, dostlara və ailə üzvlərinə nağdsız tranzaksiya etmək imkanı verəcək. Bunun üçün istifadəçi öz Visa debet və yaxud kredit kartını mVisa mobil tətbiqetməsi ilə əlaqələndirməlidir.

Xidmət QR-kodların skan edilməsi vasitəsilə öz hesablarından riteylerlərin hesablarına pul köçürməyə imkan verəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər