14 C
Baku
Saturday, October 19, 2024

Visa şirkəti Visa Europe-i 21,2 milyard avroya alır

Beynəlxalq ödəniş sistemi olan Visa və Visa Europe 21,2 milyard dollar qarşılığında birləşməyə qərar verdi.

Visa Europe şirkətinin verdiyi məlumata görə, müqavilənin şərtlərinə əsasən, 21,2 milyard avronun 16,5 milyardı ilkin olaraq ödəniləcək. Bu məbləğin 11,5 milyardı nağd pullarla, 5 milyardı isə səhmlərlə köçürüləcək.

Geri qalan məbləğ, yəni 4,7 milyard dollar isə işin yekunlarına əsasən müqavilə başa çatdıqdan sonra 4 il ərzində şirkətin hesabına köçürüləcək. Bununla yanaşı, müqavilə əlavə olaraq tənzimləyicilər tərəfindən təsdiq edilməlidir və müqavilənin 2016-cı maliyyə ilinin III rübündə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Visa Europe 2007-ci ildən etibarən müstəqil şirkət olaraq fəaliyyət göstərirdi. 2007-ci ildə Visa Europe IPO keçirən Visa şirkətindən ayrılmışdı.

Son xəbərlər
Digər xəbərlər