“Visa” şirkətinin MDB regionu üzrə direktoru dəyişib.
Şirkətdən verilən məlumata görə, Vera Platonova VISA-nın vitse-prezidenti və MDB və Cənub-Şərqi Avropa üzrə direktoru təyin edilib.
V.Platonova 2007-2010-cu illərdə şirkətin Ukrayna bölməsində çalışıb. İndi isə Mərkəzi Asiyanın, Şərqi və Cənub-Şərqi Avropanın 17 bazarında viza əməliyyatlarına nəarət edəcək.
O, Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) üçün regional prezident Andrey Torre ilə birbaşa əlaqəli olacaq və Visa CEMEA rəhbərliyinə daxil olacaq.
– Report