6 C
Baku
Saturday, December 14, 2024

“Visa”: “Son 1 ildə Azərbaycanda mobil və portativ cihazlarla ödənişlər 13 dəfə artıb”

“2023-cü ildə Azərbaycanda smartfonlardan istifadə də daxil olmaqla elektron ticarətin həcmi 162,6 milyon ABŞ dollara (276,8 milyon manata) çatacaq.

Bu barədə “Visa International” şirkətindən məlumat verilib.

“Bu isə 4 ildə 2,5 dəfə artım deməkdir. Belə ki, 2015-ci ildə bu rəqəm 7,5 milyon ABŞ dolları (12,8 milyon manat), 2019-cu ildə 66 milyon ABŞ dolları (111,9 milyon manat) olub. Bu artımın əsas səbəbi mobil istifadəçi sayının çoxalmasıdır”, – şirkətdən bildirilib.

Məlumata görə, Azərbaycanda ötən il smartfonların sayı əhalinin ümumi sayını üstələyib.

“Visa” açıqlayıb ki, Azərbaycanda 10,18 milyon əhali sayına 11,3 milyon mobil qoşulma qeydə alınıb.

Şirkət hesab edir ki, onlayn alış-veriş üçün virtual kartların və alternativ ödəniş həllərinin əlçatanlığı gələcəkdə elektron ticarətin artımını daha da sürətləndirəcək.

2020-ci ildə müştərilərin cari hesablarda elektron bankçılıq vasitəsi ilə etdikləri köçürmələrin və ölkə daxilində ödəniş kartları ilə əməliyyatların həcmi tarixi zirvəyə yüksəlib. Belə ki, qeyd edilən dövrdə bu üsulla edilən ödənişlərin həcmi 95,7 milyard manat, “Visa” kartları ilə isə 6,4 milyard anat olub.

Hazırda Azərbaycanda “Visa” kartlarının 10-dan 9-u təmassızdır və bu kartlarla aparılan hər 10 əməliyyatdan 8-i təmassız həyata keçirilir.

“Visa” Azərbaycanda təmassız əməliyyatların artdığını da açıqlayıb. Belə ki, son 1 ildə təmassız əməliyyatların (kartlar və tokenlər vasitəsi ilə) həcmi 2,5 dəfə (152 %), mobil və portativ cihazlar vasitəsi ilə ödənişlər isə 13,1 dəfə (1205,35 %) artıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər