“Visa” və “Mastercard” Venesuelada işləməyəcək

Venesuela Bankının rəhbəri Xose Xavyer Morales “Visa” və “Mastercard” sistemlərinin ölkədə 2020-ci ilin mart ayına qədər xidmət göstərəcəyini bildirib.

“TASS” agentliyinə istinadən xəbərə görə, 20 mart 2020-ci il tarixdə bu sistemlərin Venesuelada iş lisenziyasının vaxtı bitəcək. O, həmçinin əlavə edib ki, bundan sonra necə olacağını bilmir.

Morales qeyd edib ki, ölkə rəhbərliyi system nümayəndələri ilə danışıqlar aparır.

APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları