3 C
Baku
Saturday, December 14, 2024

VİSA və AZƏRİKARD strateji əməkdaşlıq müqaviləsini imzaladı

VISA və Azərikard prosessinq mərkəzi yeni ödəniş həlləri və rəqəmsal emissiyaların inkişafı üçün əməkdaşlıq müqaviləsi imzaladı. 

Tərəfdaşlıq çərçivəsində VISA və Azərikard rəqəmsal emissiyanı inkişaf etdirmək və geniş istifadəçi kütləsi üçün yenilikçi rəqəmsal ödəmə həlləri yaratmaq üçün çalışacaqlar. Bu əməkdaşlıq Azərbaycanda mövcud rəqəmsal xidmətlərin çeşidini genişləndirəcək və iqtisadiyyatın rəqəmsallaşmasına təkan verəcəkdir. 

VISA-nın Qafqaz regionu ölkələri üzrə meneceri Kristina Doroş bildirir ki, “Azərikard-la əməkdaşlıq Azərbaycanda ekosistem ödənişlərinin inkişafı üçün geniş perspektivlər açacaq və bizə istifadəçi üçün daha rahat yeni rəqəmsal servislər yaratmağa imkan verəcək.

“VİSA ilə tərəfdaşlıq müqaviləsinin imzalanması vacib hadisədir və bu Azərikard prosessinq mərkəzinin Azərbaycanda kart texnologiyaları sahəsində liderliyinin göstəricisidir. Rəqəmsal ödəmələr texnologiyasının hazırlanması üçün birgə əməkdaşlıq  təmassız, nağdsız  ödəmələrin inkişafını sürətləndirəcək, istifadəçilər üçün komfortun və təhlükəsizliyin səviyyəsini artıracaq” deyə Azərikard MMC-nin baş direktoru Fərid Quliyev bildirib. 

 

Son xəbərlər
Digər xəbərlər