14 C
Baku
Saturday, April 27, 2024

Visa və Mastercard pərakəndəçilərin məhkəmə işində 6,2 milyard dollar ödəməyi qərara aldı

Ən böyük ödəmə sistemləri Visa və Mastercard əməliyyatlarda yüksək komissiya tətbiq etməsi  səbəbiylə Amerika pərakəndəçilər ilə yaranmış uzun müddətli mübahisəni həll ediblər. Onlar 6,2 milyard dollar ödəməyə hazırdırlar.

Visa, Mastercard və ABŞ –ın bir qrup aparıcı bankları, ödənişlərdə  tətbiq edilən yüksək komissiyalar nəticəsində yaranmış mübahisəli veziyyəti  düzəldiblər. Reuters agentliyinin məlumatına görə, onlar, pərakəndə satışa 6,2 milyard dollar ödəməyi qərara alıblar.

İstintaq 2005-ci ildə, pərakəndəçilərin, Visa və MasterCardı  hər bir əməliyyat zamanı komissiyaların artırılması ilə bağlı ABŞ-ın antimonopol  qanunvericiliyini pozmaqnan ittiham etdikləri zamanda başladı. O vaxtdan bəri, Visa və Mastercard  ictimai şirkətlərə çevrildilər, lakin banklar əvvəlki sahibləri kimi isklərə cavabdeh sayılırlar.

Razılaşmaya əsasən, Visa, Mastercard və banklar JP Morgan Chase,Bank of Amerika və Citigroup Bank 2012-ci ildə razılaşdırılmış $ 5.3 milyard üzərində olan ödəməyə əlavə olaraq pərakəndəşilərə $ 900 milyon ödəməyi qəbul edibər. Növbəti ödəniş zamanı  Visa-nın payı 600 milyon dollar təşkil edəcək, Mastercard isə yalnız $ 108 milyon ödəyəcək.

Hər iki şirkət əvvəllər də məhkəmə tərəfindən təsdiq edilməli olan sonuncu razılaşma üçün gözlənilən öhdəliklərini yerinə yetirmək üçün ehtiyatları artmışdır. Əvvəllər tərəflər $ 7,25 milyard müqavilə üzrə razılaşdırılmış idi , lakin 2016-ci ildə sənəd ABŞ Ali Məhkəməsi tərəfindən rədd edildi.

Əməliyyatdan gələn ödənişlərin əksəriyyəti  Visa hesabına gəlir. Ödəniş sistemi $ 6.2 milyard-dan  $ 4,1 milyard ödəməlidir .Beləliklə, Visa-dan əlavə vəsait tələb olunmur,çünki şirkət son illərdə vəsaiti  əmanət-hesablarına köçürüb . Mastercard hesabına ümumi məbləğin 12% -I düşür. Şirkətdə, müqavilənin əlavə maliyyə mənbəyi olmayacağına əmin etdilər.

«Uzun illər ərzində düşüncəli danışıqlardan sonra istehlakçıları rahat, etibarlı və təhlükəsiz ödəmə metodları ilə təmin etmək üçün bu müqavilə ilə razılaşmaqdan və perakəndəcilərlə əməkdaşlığımızdan irəli getməkdən xoşbəxtik. Bu nəticə bütün tərəflər üçün faydalıdır və e-ticarətin birgə inkişafına daha çox qaynaq cəlb etməyə imkan verəcəkdir», – Visanın vitse-prezidenti Kelly Mahon Tullierin .

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər