11 C
Baku
Monday, November 25, 2024

Visa və Mastercard rəqəmsal “pulqabılar” yaradır

Visa banklara, rəqəmsal “pulqabı” və mobil ödəniş təbiqetmələri təminatçılarına API köməkliyi ilə Visa Checkout platformasına qoşulmağa imkan yaradacaq. Beləliklə, Android Pay xidməti öz müştərilərinə Visa Checkout rəqəmsal pulqabısını dəstəkləyən  bütün internet mağazalarda online ödəniş etmək şəraiti yaradır. Android Pay və yaxud digər rəqəmsal pulqabıdan istifadə edən online alıcı sadəcə olaraq online mağazanın saytında Visa Checkout düyməsini basmalı və smartfondan alış-verişi təsdiq etməlidir. Məsələn, barmaq izi ilə.

Mastercard şirkəti də həmçinin öz partnyorları üçün Masterpass rəqəmsal “pulqabı” yaradacağını bildirib. Şirkət artıq Microsoft Wallet, Android Pay və Samsung Pay ilə müqavilə bağlayıb. Bu pulqabının istifadəçiləri gələn ildən etibarən Masterpass xidməti vasitəsilə yüz minlərlə online mağazada ödəniş edə biləcəklər.

Smartfonlar üçün mobil tətbiqetmə ilə Visa və Masterсard rəqəmsal pulqabılarının yaradılması ödəniş ekosisteminin bütün iştirakçıları üçün əlverişli olacaq. Mobil pulqabı sahibləri yeni hesablar yaratmadan İnternetdə ödəniş edə biləcəklər. Artıq Visa Checkout və Masterpass-a qoşulan internet mağazalar daha geniş alıcı kütləsi qazana biləcək.

Qeyd edək ki, Mastercard Masterpass xidmətini fəal şəkildə genişləndirməyi planlaşdırır. 2016-cı ilin iyun ayında Masterpass Avropada 200 milyon istifadəçi üçün əlçatan idi.

Son xəbərlər
Digər xəbərlər