16 C
Baku
Friday, November 22, 2024

“Visa” və “Mastercard” riteylerlər üçün komissiyanı artıracaqlar

Yaxın gələcəkdə dünyanın ən böyük ödəniş sistemləri olan “Visa” və “Mastercard” pərakəndə satıcıların kredit kartları ilə alış-verişə görə ödədikləri komissiyanı artıracaqlar. Məlumata görə, şirkətlər bu ilin oktyabrından və gələn ilin aprelindən komissiya haqlarının artırılmasına başlayacaqlar. Artırılma onlayn mağazalarda alışlara təsir edəcək. “WSJ”nin CMSPI konsaltinq şirkətinin hesablamalarına istinadən verdiyi məlumata görə, ümumilikdə komisyon haqlarının artması səbəbindən pərakəndə satıcılar ildə 502 milyon dollardan çox pul ödəyəcəklər.

Komissiyaların bir hissəsi birbaşa ödəniş sistemlərinə, bir hissəsi isə kartlara xidmət göstərən banklara gedir. Onlar haqların artırılmasını fırıldaqçılıqla mübarizənin bahalaşması və innovasiya ehtiyacı ilə əlaqələndirirlər. ABŞ-ın “Visa” və “Mastercard” pərakəndə satış şirkətləri tərəfindən ödənilən ümumi kredit kartı haqları 2012-ci ildəki 33 milyard dollardan 2022-ci ildə 93 milyard dollara yüksəlib.

Kart ödənişləri üzrə komissiya – pərakəndə satıcılar və ödəniş sistemləri arasında mübahisə səbəblərindən biridir. Pərakəndə satıcılar mütəmadi olaraq “şişirdilmiş” komissiyalara görə məhkəmə iddiaları qaldırırlar.

Son xəbərlər
Digər xəbərlər