34 C
Baku
Saturday, July 6, 2024

VISA yeni ödəniş xidməti yaradır

Visa ödəniş operatoru Visa Checkout adlı yeni ödəniş sistemi yaratdı və bu xidmətin sayəsində alıcı və satıcılar şəbəkədə ödəniş proseslərini daha asan yolla həyata keçirə biləcəklər. Visa Neiman Marcus, Pizza Hut, Staples və digər partnyorları ilə birlikdə bu yeni xidmətin böyük kütlənin marağına səbəb olacağına ümid edirlər.

Visa Checkout-un əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçi öz kredit və yaxud debet kartının real nömrəsini bildirməyə məcbur deyil. Bundan əlavə, Checkout əsas olaraq smartfon və planşetdən istifadə üçün nəzərdə tutulub. Bununla yanaşı, yeni xidmət istifadəçidən alışın həyata keçirilməsi zamnı hesabın çatdırılması ünvanının göstərilməsini də tələb etmir.

Dünəndən etibarən Visa debet və kredit kartı sahibləri yeni xidmətdən qeydiyyatdan keçə və yalnız 1 dəfə kart haqqında məlumatları daxil edə, daha sonradan isə mütəmadi olaraq Checkout xidmətindən istifadə edə bilər. Hazırda xidmət yalnızca ABŞ, Kanada və Avstraliyada qüvvədə olsa da, zamanla bütün dünyada istifadə edilə biləcək.

Son xəbərlər
Digər xəbərlər