11 C
Baku
Sunday, March 3, 2024

Visa yeni təhlükəsizlik standartının tətbiqinə başlayır

Banker.az saytının verdiyi məlumata görə, Visa şirkəti Verified by Visa servisinin yenilənməsinə hazırlaşır. Online alış-verişi daha təhlükəsiz etmək üçün nəzərdə tutulmuş qlobal həllin yeni versiyasında yenilənmiş 3D Secure 2.0 təhlükəsizlik sistemindən istifadə ediləcək.

Bu yenilənmə sayəsində maliyyə təşkilatları və mağazalar fırıldaqçılıq halları ilə daha effektiv şəkildə mübarizə apara biləcək. Ödənişlər haqqında daha çox məlumat əldə edən şirkətlər müştərinin hansı şopinq kanalını  – mobil, online, tətbiqetmə və yaxud hətta internetı qoşulmuş cihazların kpməkliyi ilə – seçməsindən asılı olmayaraq öz alıcısını qoruya biləcək.

Yenilənmiş 3D Secure 2.0 texnologiyası identifikasiya prosesi və müştərilər ilə işin sürətli olması üçün əlavə alətlər təqdim edəcək. Daha əvvəl verilən məlumatda isə qeyd edilmişdi ki, yeni təhlükəsizlik sistemində əlavə şifrələrdən (məsələn, SMS) daha az hallarda istifadə olunacaq.

Beləliklə, Visa ilə işləyən ticarətçilər və banklar real zaman rejimində məlumat mübadiləsi edə biləcək.

Son xəbərlər
Digər xəbərlər