13 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

“Visa”nın 2019-2020 maliyyə ilində xalis mənfəəti 3,6% azalıb

faizlere

Bank kartlarına xidmət göstərən və dünyanın ən böyük iki şirkətindən biri olan “Visa”nın xalis mənfəəti 2019-2020 maliyyə ilinin ilk doqquz ayında 3,6% azalaraq 8,729 milyard dollara çatıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, bir səhmin qiyməti 3,92 dollar təşkil edib (keçən il bu göstərici 3,97 dollar olmuşdur). Göstərilən dövrdə “Visa”nın gəlirləri 1%-dən az azalaraq 16,745 milyard dollar təşkil edib.

Üçüncü rübdə “Visa”nın xalis mənfəəti 23,4% azalaraq 2,373 milyard dollara çatıb. Bir səhmin qiyməti 1,07 dollar təşkil edib (keçən il bu göstərici 1,37 dollar olmuşdur). Gəlir 17% azalaraq 4,837 milyard dollara olub.

Şirkət qeyd edir ki, Covid-19 koronavirus pandemiyasının yayılması iqtisadiyyatda ciddi qeyri-müəyyənlik yaradıb. Bununla əlaqədar olaraq, “Visa” bütün maliyyə ilinin proqnozunu təqdim etmir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər