ABŞ-nin transmilli ödəniş kartları şirkəti oktyabrda “Visa”nın Azərbaycandakı ödənişlərdəki payı artaraq ümumi ödənişlərin 60%-nin təşkil edib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Belə ki, oktyabr ayındakı 12 milyard 873.7 manatlıq ümumi əməliyyatın 7 milyard 789.8 milyon manatı “Visa”, qalan 5 milyard 13.1 milyon manatı isə “MasterCard”, 0.9 mln. manatı “Amercan Express” və 69.94 mln. manatı isə yerli bank kartlar ilə aparılıb.
Ötən ilin oktyabrında “Visa”nın payı 55% olduğu halda, 2025-ci ilin yanvarına 57 faizə qədər yüksəlmişdi.






