Bu gün, noyabrın 18-də ödəniş operatoru “Visa” baş direktor Alfred Kellinin istefa verəcəyini və onun yerinə Ryan Makinerninin gələcəyini açıqlayıb. O, 2023-cü il fevralın 1-də şirkətin baş direktoru olacaq.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Cənab Kelli 2016-cı ildən “Visa”ya rəhbərlik edir. İndi o, icraçı funksiyaları yerinə yetirəcək və şirkətin direktorlar şurasının rəhbəri olacaq. Cənab Makinerni 2013-cü ildən “Visa”nın prezidentidir. Əvvəllər o, digər işlərlə yanaşı “JPMorgan Chase”da istehlak bankçılığı departamentinə rəhbərlik edib və mobil bankçılıq xidmətinin inkişafı ilə məşğul olub.