15 C
Baku
Tuesday, September 27, 2022

“Visa”nın xalis mənfəəti 18% artıb

Dünyanın ən iri ödəniş sistemi operatoru olan ABŞ-ın “Visa Inc.” şirkətinin xalis mənfəəti dekabrın 31-də yekunlaşan birinci maliyyə rübündə 2,98 mlrd. ABŞ dolları təşkil edib.

Banker.az məlumat verir ki, bir il əvvəl şirkətin xalis mənfəəti 2,52 mlrd. dolları olub ki, bu da bir il ərzində 18,25% artım deməkdir.

Bununla belə, şirkətin xalis əməliyyyat mənfəəti hesabat ilində 13,37%, yəni 4,85 mlrd. dollardan 5,51 mlrd. dollara qədər artıb.

Xatırladaq ki, IV maliyyə rübünün nəticələrinə görə, “Visa Inc.” şirkətinin xalis mənffəti illik nisbətdə 33% artaraq 2,845 mlrd. dollar təşkil edib. Şirkətin əməliyyat mənfəəti 12% artaraq 5,434 mlrd. dollar təşkil edib.

©report.az

Son xəbərlər
Oxşar xəbərlər