5 C
Baku
Wednesday, January 15, 2025

Vitaminlər mifi (1-ci hissə)

20-ci əsrin ən “fırıldaqçı” alimlərindən biri, Kimya və Sülh üzrə Nobel mükafatı laureatı Laynus Polinq və onun vitaminlər mifi

10 oktyabr 2011-ci ildə Minnesota Universitetinin (University of Minnesota) əməkdaşları aşkar ediblər ki, multi-vitamin həbləri qəbul etmiş qadınlar arasında ölüm halları, onları qəbul etməyənlər ilə müqayisədə daha yüksəkdir. İki gün sonra isə Klivlend klinikasının (Cleveland Clinic) həkimləri açıqlama verir ki, E vitaminini qəbul etmiş kişilər prostat xərçənginin əmələ gəlməsi kimi böyük bir riskə məruz qalırlar. “Həmin həftənin vitaminlər üçün çox çətin keçməsini söyləmək olar” – ABC telekanalını xəbərlər müxbiri Carrie Gann qeyd edir.

Əldə olunmuş nəticələrdə heç bir yenilik yox idi. Bundan öcə aparılmış yeddi təhqiqat göstərmişdi ki, vitaminlər xərçəng və ürək xəstəlikləri ehtimalını artırır, həmçinin həyatın davamiyyətini aşağı salır. Amma buna rəğmən 2012-ci ildə Amerika əhalisinin yarıdan çoxu vitamin həbləri atmaqda davam edib. Bununla yanaşı çox az adam bilir ki, vitaminin kütləvi istifadəsinin belə məşhurlaşmasının arxasında cəmi bir insan dayanıb. Bu insan o qədər dürüst idi ki, hətta Nobel mükafatı da alıb və o, qədər yalançıdır ki, bəlkə də onu Yer üzünün ən böyük saxtakarı, fırıldaqçısı adlandırmaq olar.

1931-ci ildə Linus Pauling “Amerika Kimya cəmiyyətinin jurnalında” (Journal of the American Chemical Society) “kimyəvi tərkiblərin təbiəti” (The Nature of the Chemical Bond) başlığı altında məqalə dərc edir.

Bu məqaləyə qədər kimya elminə iki tip kimyəvi əlaqə növü məlum idi: ion – bu zaman bir atom öz elektronunu digər atoma verir və kovalent – bu zaman atomlar müştərək şəkildə elektronlara sahib olur. Polinq iddia edirdi ki, hər şey bu qədər sadə deyil. Onun fikrincə elektronlara ümumi sahib olmaq, ion və kovalent rabitə arasında yerləşməlidir.

Polinqin ideyası bu sahədə çevriliş etdi və kvant fizikası ilə kimyanı birləşdirdi. Onun konsepsiyası o qədər inqilabı idi ki, jurnalın redaktoru əlyazmanı əldə etdikdən sonra, həmin məqalə ilə bağlı resenziya yaza biləcək bir şəxs tapa bilmirdi. Albert Eynşteyndən soruşanda ki, o Polinqin işi barədə nə düşünür, o, çiyinlərini çəkərək bildirib ki, mənim üçün bu həddindən artıq mürəkkəb idi.

Təkcə bu məqaləyə görə Polinqi Birləşmiş Ştatlarda ən qabaqcıl gənc kimya alimi kimi Langmuir Prize mükafatı ilə təltif ediblər, o milli elmlər akademiyasının ən gənc üzvü olub, Kaliforniya texnoloji institutunun tam professoru adını alır, bundan əlavə ona kimya üzrə Nobel mükafatı verilir. Bu zaman onun cəmi 30 yaşı var idi.

Son xəbərlər
Digər xəbərlər