8 C
Baku
Thursday, December 12, 2024

“Vitol Group” Rusiya neftinin ticarətini dayandırır

İsveçrə-Hollandiya neft şirkəti “Vitol Group” bu ilin sonunadək Rusiya neftinin ticarətini dayandırmağı planlaşdırır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl Britaniya-Hollandiya neft-qaz şirkəti “Shell” Rusiyadakı bütün neft-qaz layihələrində iştirakdan, o cümlədən Rusiya neft və qazının alınmasından imtina etmək niyyətində olduğunu bəyan edib.

“Vitol Group” – neft və neft məhsullarının ticarəti üzrə ixtisaslaşmış İsveçrə-Hollandiya şirkətidir. 1966-cı ildə yaradılmışdır. Qərargahı Cenevrədə yerləşir. Şirkət “Tragifura”, “Glencore” və “Gunvor” ilə yanaşı dünyanın ən böyük karbohidrogen treyderlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər