Vitrinləri sındırmayın! Məhsuldarlığın 7 tələsi

Yazıçı və sahibkar Skott Yanq məhsuldar iş və həyatın sirləri haqqında bəhs edir. 

1850-ci ildə fransız iqtisadçısı Klod-Frederik Bastia məşhur “Ce qu’on voit et ce qu’on ne voit pas” və ya “Görünən nədir, görünməyən nədir” adlı məqaləsini nəşr etdi. Məqalədə o, görülən işlərin yalnız ilkin effektini görən “pis iqtisadçı” ya qarşı çıxır. 

Bastia sındırılmış vitrin nümunəsindən istifadə edir. Təmir üçün mağaza sahibi şüşə sənayesini bilən mütəxəssisə əlavə ödəniş etməli olacaq. Beləliklə, həmin mütəxəssisin əlinə pul gəlir və o, bu puldan başqa şeylər almaq üçün istifadə edir. İqtisadiyyat yaxşılaşdı, elə deyilmi?

Amma xərclənən pullar və bu mütəxəssisin məşğulluğu – yalnız görünən aspektlərdir. Nərəzə almaq lazımdır ki, hər şeyin görünməyən tərəfi də var – məsələn, siz bu pulu təmirə deyil, başqa bir şeyə xərcləyə bilərdiniz. Pis iqtisadçı yalnız gözlə gördüyünə söykənir və iqtisadiyyatı stimullaşdırmaq üçün dükanın şüşələrini sındırmalı olduğumuzu iddia edir. Müdrik iqtisadçı isə bilir ki, sıradan çıxmış şeylər insanların həyatını pisləşdirir. 

Hər axşam işdən gec çıxan bir adamı götürək. O, hər kəsə “komanda oyunçusu” olduğunu göstərməyə çalışır və bu səbəbdən az yatır və enerjisiz görünür. Bundan əlavə, ona daha yüksək vəzifə tutmağa kömək edə biləcək həmkarları ilə az vaxt keçirir. Heç vaxt düşünməyə vaxtı olmur və buna görə onu irəliyə apara biləcək parlaq fikirlər generasiya edə bilmir. Çox çalışmasına baxmayaraq, bu adam inkişaf edə bilmir və düşünür ki, pis işləyir. 

Bu gün biz Bastia nəzəriyyəsinə müraciət edəcəyik. Sizcə, məhsuldarlığın görünməyən amilləri hansılardır?

1. Kifayət edəcək qədər yuxu alın

Bütün “məhsuldar” insanların bir xarakterik cəhəti var – onlar tez dururlar. Hətta səhər 7-də oyanmaq belə qeyri-kafi hesab olunur. Onların fikrincə, məhsuldar olmaq üçün 6, 5 və ya 4:30-da yuxudan oyanmaq lazımdır. 

Unutmayın ki, bütün insanlar fərqlidir. Bir çoxları üçün 5,6 və ya 7 saat yuxu kifayət etməyə bilər. 

Adətən insanlar yuxunu tənbəllik ilə əlaqələndirirlər. Lakin o, yaddaşı gücləndirir və əhval-ruhiyyəni yaxşılaşdırır. Bəziləri elə düşünür ki, tədricən insan orqanizmi səhər tezdən durmağa öyrəşir, amma əslində koqnitiv fəaliyyətimiz pisləşməyə davam edir. 

Yaxşı yuxu daha yaxşı işləməyə kömək edir.

2. Düşünmək üçün uzun gəzintilər təşkil edin

Bəzən düşünmək üçün ayırdığımız vaxt dəyərdən düşür. Bu halda başa düşmək çətin olur: hal-hazırda nə haqda düşünürük? Ətrafımızda olan insanlar “fikirləri göylərdə uçan” və ya “işi-gücü olmayıb dincələn” insanlara mənfi yanaşırlar. 

Buna baxmayaraq, uzunmüddətli gəzintilər məhsuldarlıq üçün ən faydalı şeylərdən biridir. Məsələn, nisbilik nəzəriyyəsinə dair fikirlərinin çoxu Albert Eynşteynin ağlına gəzinti zamanı gəlib.

3. İş yoldaşlarınız ilə danışın

Adətən işdə söhbət etmək tənbəlliyin və insanın məhsuldar işçi olmamasının əlaməti kimi qiymətləndirilir. Lakin həmişə elə deyil. 

Tədqiqatçılar Huqo Mersye və Den Sperber hesab edirlər ki, insan bir şeyi təklikdə müzakirə etmək üçün təkamül etməyib. Bizim deduksiya, məntiq və dərketmə qabiliyyətimiz ona görə inkişaf edib ki, mübahisələrdə qələbə qazana bilək. 

Bu o deməkdir ki, problem barədə tək düşünsəniz, düzgün həll yolunu tapmaq daha çətin olacaq. “Minnətdar dinləyici” sizə bu və ya digər məsələyə daha geniş baxmağa imkan verəcək.

4. Günorta saatlarında 15-20 dəqiqə mürgüləyin

Yuxu vacibdir. Xüsusilə gecə, yaddaşın konsolidasiyasını təmin edən dərin yuxu fazalarında. Buna baxmayaraq, aktiv həyat bizim kifayət edəcək qədər yuxu almağımıza mane ola bilər. Bəzən işdə yuxuya getməmək üçün əlimizdən gələni edirik və əlbəttə ki, bu vəzifənin öhdəsindən gələ bilirik. Bu hallarda qısa yuxu tənbəllik və israfçılığın deyil, məhsuldarlığın açarı ola bilər. 

Əsas çətinlik ondan ibarətdir ki, günorta yuxusundan sonra insanın konsentrasiyası zəif olur (hələ vaxt itkisini demirik). Əgər mürgüləmək imkanınız yoxdursa, “qaşıq hiyləsi” ndən istifadə edin. Əlinizə qaşıq götürüb yatın və dərin yuxuya getdiyiniz zaman əlinizin əzələsi boşalacaq və qaşıq yerə düşəcək. Əmin olun ki, bu səs sizi oyadacaq.

5. Əksər tapşırıqlara “yox” deyin

“Əgər bir şeyi etmək lazımdırsa, onu məşğul insana tapşırın”. Ən azından köhnə kəlam bizə bunu diqtə edir. Məşğul insanlar vaxtlarına qəsd edənlərə “yox” deyə bilmirlər, buna görə də məşğuldurlar. 

Nobel mükafatı laureatı Riçard Qeynmanın yanaşmasına görə, fizikada həqiqətən yaxşı bir iş görmək üçün bütöv zaman kəsiyinə ehtiyac var”. İşə mane olan insanlara necə cavab vermək olar? Onlara tənbəl və məsuliyyətsiz olduğunuzu deyin.

6. Müntəzəm olaraq istirahət edin

“Əgər işini sevirsənsə, sənin üçün hər gün bayramdır”. Nəzəri cəhətdən çox gözəl səslənir, lakin təcrübədə elə deyil. İşinizi çox sevsəniz belə fasilə verməyi və istirahət etməyi unutmayın. 

Rutin yeni kreativ həll yollarını tapmağa mane olur. Əgər mövcud vəziyyətə daha tez uyğunlaşmaq istəyirsinizsə, yenilikləri görməyi bacarmalısınız.

7. Nifrət etdiyiniz işdən imtina edin

Bəzən elə olur ki, ən cəsarətli və məhsuldar insanlar daha az şeyə nail olurlar. Bunun səbəbi ondan ibarətdir ki, onlar faydasız işə münasibətdə çox dözümlüdürlər. 

Böyük bir nailiyyət əldə etmiş insanlar mənalı və xoşagələn bir işlə məşğul olublar. Bəlkə də həmişə yox, amma illərlə sizi qane etməyən işdən möhkəm tutmaq da düzgün seçim deyil. 

Həqiqətən də sevdiyiniz işlə məşğul olmaq istəyirsinizsə, nifrət etdiyiniz işdən imtina edin.