25 C
Baku
Saturday, July 27, 2024

Vitse-prezident: “Azərbaycana 66 milyard dollar yatırdıq”

“Ötən 12 il ərzində biz AÇG yatağından təxminən 30 mlrd. kubmetrdən artıq səmt qazı hasil edib Azərbaycana təhvil verdik”

BP şirkətinin əməliyyatçısı olduğu layihələr vasitəsilə BP və tərəfdaşları tərəfindən Azərbaycana təxminən 66 mlrd. ABŞ dolları investisiya qoyulub. APA-ya istinadən xəbərə görə, bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz — “Caspian Oil&Gas” konfransının ikinci günündə “BP-Azerbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” yatağından bu günə qədər 3 mlrd. bareldən artıq neft hasil edilib: “Ötən 12 il ərzində biz AÇG yatağından təxminən 30 mlrd. kubmetrdən artıq səmt qazı hasil edib Azərbaycana təhvil verdik”.

Aslanbəyli bildirib ki, 2006-cı ilin sonundan etibarən “Şahdəniz” layihəsi regional bazarlara 80 mlrd. kubmetrdən artıq qaz nəql edib: “Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 360 mln. tondan artıq, yəni 2,7 mlrd. barreldən çox xam neft nəql edilərək 3550-dən artıq tankerə yüklənib və neft bazalarına göndərilib”.

BP şirkəti bu vaxta qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollara yaxın vəsait ayırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər