7 C
Baku
Sunday, December 15, 2024

Vitse-prezident “BP-Azerbaijan”da maaş artımının olmaması səbəbini açıqlayıb

“BP-Azerbaijan”da maaşlar nə azalıb, nə də artıb.

Banker.az xəbər verir ki, bunu “BP-Azerbaijan”nın vitse-prezidenti Bəxtiyar Alsanbəyli İTV-nin “3D” proqramının qonağı olarkən deyib.

Törəmə şirkətin Azərbaycan üzrə vitze-prezidenti bunu 2019-cu ilin yanvar ayından vergi sistemindəki dəyişiklə əlaqələndirib: “Bilirsiz ki, vergi sistemindəki islahatlardan sonra qeyri-neft-sektoru vergi sistemindən azad olundu və bu sektorda vətəndaşlarımızın maaşları artdı. Neft sektoruna isə bu şamil edilmədi”.

Aparıcının Azərbaycanda çalışmaq istəyənlər üçün “arzu obyekti” saydığı “BP”də orta aylıq maaşı ilə bağlı sorğusuna isə Bəxtiyar Aslanbəyli dəqiq cavab verməyib.

Vitze-prezident bunun fərqli ixtisaslara görə fərqli maaş ayrıldğından dəqiq rəqəm söyləməyin çətin olduğunu deyib.

Son xəbərlər
Digər xəbərlər