18 C
Baku
Tuesday, April 23, 2024

Viza anketlərində verilən ən qəribə suallar

Viza əldə etmək üçün sorğu doldurmalı olan bir şəxs belə bir sual ilə qarşılaşdığını iddia edir: “Öz saqqalınızı/bığınızı təsvir edin”. Onun seçməli olduğu cavablar isə bunlar idi: “seyrək”, “nazik” və “qısa”.

Avstraliyanı ziyarət etmək üçün isə bu suala cavab vermək tələb olunurdu: “Son 6 həftə ərzində fermada olmusunuzmu?”

Yaxın şərq ölkələrindən birinin sorğu vərəqində qeyd edilmiş sual: “Səyahətə özünüzlə neçə həyat yoldaşı götürməyi planlaşdırırsınız?”

İki şəxs ABŞ-a səfər üçün sorğu anketi doldurduqda bu sual ilə qarşılaşıb: “Həyat yoldaşınız çarpayının hansı hissəsində yatır?”

Hindistan üçün viza almağa sənəd verdikdə “Hansı məzhəbə qulluq edirsiniz?” sualına “heç biri” variantını tapa bilməyəcəksiniz. Buna görə də, Hindistana getmək arzunuz böyükdürsə “Digər” variantını seçib və öz cavabınızı izah etməlisiniz.

ABŞ və Böyük Britaniya üçün sorğu vərəqələrində “Ərizəçi hər hansı bir ölkədə hər hansı bir terror fəaliyyətini dəstəkləyibmi?” sualına rast gəlsəniz təəccüblənməyin.

Bu sorğu vərəqələrini doldurarkən azacıq da olsa zarafat etmək istəsəniz unutmayın ki, bundan yaxşı bir şey çıxmayacaq. Digər bir ölkəyə səfər edərkən riayət etməli olduğunuz əsas qayda – başqa millətlərin mədəniyyəti və həmin ölkənin tələblərinə hörmətlə yanaşmaqdır, nə qədər qəribə təsir bağışlasalar belə…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər