8 C
Baku
Sunday, November 17, 2024

“Viza rejiminə yenidən baxmalı olacağıq” – Gürcüstan prezidenti

Rusiya vətəndaşlarının ölkəyə girişi həqiqətən də problemdir, ola bilsin ki, biz kifayət qədər liberal viza rejiminə yenidən baxmalı olaq”.

Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

Zurabişvilinin bəyan etdiyinə görə, hökumət viza rejimi ilə bağlı qərar verməlidir.

“Rusiya vətəndaşlarının Gürcüstana girişi həqiqətən də problemdir. Mən təhdid deməzdim, amma problem ondadır ki, onların arasında Rusiyada mövcud olan şəraitdən çıxıb gələn Gürcüstan vətəndaşları da var. Həmçinin müxtəlif səbəblərdən Gürcüstana gələn Rusiya vətəndaşları da var. Əsas odur ki, ictimaiyyət əmin olsun ki, bütün nəzarət mexanizmlərindən istifadə olunur, heç bir təhlükə yoxdur. Bunun üçün mən hesab edirəm ki, daha çox ünsiyyət lazımdır, cəmiyyətimiz daha çox məlumatlandırılmalıdır ki, bütün aspektlərdə bütün mümkün təhlükələr və bütün mümkün məsələlər hökumət tərəfindən faktiki olaraq nəzərdən keçirilir, bütün tədbirlər görülür. Həmçinin, indiki şəraitdə kifayət qədər liberal olan və bu təcavüz şəraitində daha az məqbul sayıla bilən viza rejiminə yenidən baxmalı olacağımız istisna edilmir, lakin bütün bunları hökumət ictimaiyyətlə birlikdə həll etməlidir, bəlkə də ən vacibi budur”, – deyə Zurabişvili bildirib.

Son xəbərlər
Digər xəbərlər