4 C
Baku
Sunday, January 18, 2026

Vizaların rəsmiləşdirilməsi üzrə yeni proqram təminatı tətbiq olunacaq

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin nümayəndələrinin və Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında konsulluq funksiyalarını həyata keçirən məsul əməkdaşların iştirakı ilə konsulluq xidmətləri üzrə onlayn müşavirə keçirilib.

Bu barədə XİN-in Mətbuad xidməti idarəsindən məlumat verilib.

Konsulluq xidmətlərinin elektronlaşdırılmasını nəzərdə tutan layihələr barədə məlumat verilib, eləcə də əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında vizaların rəsmiləşdirilməsi üzrə yeni proqram təminatı üzərində işlərin yekunlaşdırıldığı və test mərhələsi keçdikdən sonra mərhələli şəkildə tətbiqinə başlanılacağı elan edilib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər