“VKontakte” sosial şəbəkəsi və “RuTracker” torrent-trekeri ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsi tərəfindən yaradılan “ən pirat saytlar”ın “qara sıyahı”sına daxil edilib.
“Runews24.ru” saytına istinadən məlumatına görə, belə bir məlumat Qərbin ixtisaslaşdırılmış KİV-lərində dərc edilib.
Onların əldə etdiyi məlumata görə, hər il tərtib olunan bu siyahıya ABŞ-ın kontent sənayesinə daha çox təhlükə yaradan fiziki və internet bazarlar daxil edilib. Bu siyahı ora daxil edilən internet portallarına qarşı ciddi sanksiyaların tətbiq edilməsini nəzərdə tutmur. Ancaq bu siyahı müəllif hüquqlarının monitorinqinə riayət edilməsi üçün istifadə olunacaq.
Bu il tərtib edilən siyahıya həmçinin “ExtraTorrent”, “The Pirate Bay” və “Taobao” portalları da daxil edilib.