16 C
Baku
Sunday, October 6, 2024

“VKontakte”-nin sahibi Rusiyada ən zəngin adamlar sırasında

“VKontakte” sosial şəbəkəsinin və “Telegram” messencerinin yaradıcısı Pavel Durov ilk dəfə Rusiyanın 200 ən zəngin iş adamının siyahısına daxil olub.

“Forbes”un tərtib etdiyi siyahıya əsasən 31 yaşlı iş adamının sərvəti 0,6 milyard dollar həcmində qiymətləndirilir və o, siyahıda 135-ci sıradadır.

102235503
Pavel Durov

P. Durovla birlikdə İT sənayesinin daha bir nümayəndəsi ilk dəfə siyahıda yer alıb. “İBS Group”un sahibi Anatoli Karaçinski 0,9 milyard dollarlıq sərvətə sahibdir. “ru-Net”in sahibi Leonid Boquslavski isə sərvətini artıraraq 1,2 milyarda çatdırıb.

Qeyd edək ki, Pavel Durov Sankt-Peterburq Dövlət Universitetində təhsil alarkən tələbələr üçün forum yaradıb. O, 2006-cı ildə forumun bazasında “VKontakte” sosial şəbəkəsinin əsasını qoyub. 2014-cü ilin əvvəlində Durov sosial şəbəkədəki 11,99% payını 300 milyon dollara Əlişir Usmanov və İvan Tavrinə satıb.

P. Durov 2013-cü ildə “Telegram” messencerini istifadəyə verib. Messencerin auditoriyası 100 milyon nəfərdir.

2014-cü ildə P. Durov Rusiyadan mühacirət edib

vkontakte office 8
VKontakte-nin ofisi

Lent.az

Son xəbərlər
Digər xəbərlər