2016-cı ilin ilk yarısında Rusiyanın “VKontakte” sosial şəbəkəsinin gəlirləri 41% artaraq 3,8 milyard rubl təşkil edib.
RBK-ya istinadən xəbərə görə, bu barədə şəbəkənin daxil olduğu “Mail.ru Group”un hesabatında deyilir.
Qrupun gəlirlərinin 20 faizi “VKontake”nin payına düşür. “VKontake” şirkətin ən çox böyüyən aktividir. Müqayisə üçün qeyd edək ki, digər sosial şəbəkələrin (“Odnoklassniki”, “Moy Mir”) bir yerdə 6 aylıq gəliri 4%, online oyunların ümumi gəliri isə 10% artıb. “VKontakte” nativ (mobil əlavələr) reklam və mobil reklamlara önəm verir. Holdinq rəhbərliyi bu cür elan və reklamların, eləcə də onların qiymətlərinin artmağa davam edəcəyinə ümid bəsləyir.
İlin ilk yarısının nəticələrinə görə, “Mail.ru Group”un gəlirləri 11,6% artaraq 18,8 milyard rubl təşkil edib. Xalis mənfəət isə 14% artaraq 5,7 milyard rubl olub. Əsas gəlir mənbəyi reklamlardır – 43%.
Lent.az