19 C
Baku
Monday, April 29, 2024

Vlad Çepeş – Qraf Drakulanın prototipi

1386-cı ildə Transilvaniyada yerləşən kiçik Siqişoar şəhərciyində tarixdə silinməz iz qoymuş bir insan dünyaya gəlir. Daha çox Qraf Drakula kimi tanınan Vlad Çepeş Valaxiya hökmdarının nəslindən idi. O komandirlik istedadı ilə yanaşı qaniçənliyi və qəddarlığı ilə də məşhur idi.

Haqqında çoxsaylı qaniçən əfsanələri gəzən III Vlad Brem Stokerin romanlaırndan birinin baş qəhrəmanına çevrilir. Bu qəhrəman Qraf Drakula kimi məşhurdur və bioqrafiyasının bəzi cəhətləri Çepeşin tərcümeyi –halı ilə üst-üstə düşür.

Vladın həyatının asan keçdiyini demək olmaz. On iki yaşında kiçik qardaşı ilə birgə türk sultanına əsir olaraq göndərilir və burada 17 yaşına qədər qalmalı olur. Bu da öz növbəsində onun psixoloji vəziyyətinə çox mənfi təsir göstərir.

17 yaşı olduqda əsirlikdən azad olan Vlad türklərin köməkliyi ilə ilk olaraq hakimiyyəti ələ keçirir və Valaxiyada III Vlad adı ilə padşah olur. Orta əsrlər çoxsaylı müharibələrlə yadda qalır  və gənc hökmdar öz taxtını çox qoruyub saxlaya bilmir. Bu zaman Macarıstan rəhbəri onu məğlub edir. Lakin bir müddət keçdikdən sonra o macar kralının himayəsi altına keçərək öz hökmranlığını geri qaytara bilir.

Əlbəttə ki, bu vəziyyət türklərin xoşuna gəlmir və 1461-ci ildə müharibə başlayır. Bu zaman III Vlad öz sərkərdəlik bacarığını lazımınca sübut edir. Özünün qəddarlığı və cəsarətinə baxmayaraq o türk ordusuna məğlub olur. Belə ki, türk ordusunun sayı onun sahib olduğu ordudan dəfələrlə çox idi. Bu zaman qədər onun haqqında çoxsaylı qanlı əhvəlatlar dolanırdı. III Vlad dağılmış ordusunu ataraq Macar kralının yanında sığınacaq axtarır. Lakin Macar kralı onu türklərlə əlbir olmaqda günahlandırır və zindana atır.

III Vlad azadlığa yalnızca 10 ildən sonra çıxa bilir və hətta Valaxiyanın paytaxtını belə ələ keçirir. Lakin bir müddət sonra bir çox insanın ölümünə səbəb olmuş Vlad Çepeş müəmmalı şəraitdə həlak olur. Çepeşin həyatı 1476-cı ildə qırılır.

Qanlı əfsanələr və yaxud dəhşətli reallıq?

Vlad Çepeş orta əsrlərin bütün qəddarlığını özündə əks etdirirdi. Müasirləri ondan hər hansı bir qaniçən varlıqdan qorxduqları kimi qorxurdular. Əgər onun haqqında gəzən çoxsaylı əfsanələrdən biri belə doğqrudursa o zaman onu əsl vampir adlandıra bilərik. Vampir olmaq üçün məhz olaraq qan içmək yox, qan tökmək də kifayətdir.

Vlad Çepeşin törətdiyi ən böyük qətliam 1460-cı ildə baş vermişdi. Bu zaman Transilvaniyanın şəhərlərindən birində 30 000 insan eyni anda edam edilmişdi. Bu kütləvi qırğın Müqəddəs Varfolomey bayramında baş tutur.

drakula_katarina

Çepeş ona yalan söyləyən sevgilisinə də rəhm etmir. Qəddarlığı ilə məşhur olan bir şəxsə yalan dediyinə görə qadının böyük şücaətə sahib olması güman edilir. Lakin sonda qadının aqibəti heç də yaxşı olmur. Qadın bir neçə ay boyunca ona yalan deyərək hamilə olduğunu bildirir. Lakin Qraf Drakula bunu öyrəndikdə qadın qarnını yararaq qışqırır: “Mən ki yalanı sevmədiyimi sənə demişdim”.

Lakin qraf öz qəddarlığı ilə yanaşı az da olsa ədalətə sahib idi. Bir dəfə bu ölkədən keçən tacir Çepeşə gecə quldurlar tərəfindən qarət olunduğunu və əhəmiyyətli dərəcədə çox olan qızıllarının oğurlandığını bildirir. Təbii ki, Vlad Çepeş bu haqsızlığa dözə bilməzdi və o qarətçilərin tapılması əmrini verir.

Gecə ilə tacirin bütün qızılları özünə qaytarılır və yanına bir qızıl sikkə artıq qoyulur. Səhər bunu görən tacir təşəkkür etmək üçün Qrafın yanına gəlir. Bu zaman tacir bildirir ki, gecə onun bütün qızıllarını qaytarıblar və üstəlik bir qızıl sikkə də əlavə qoyublar. Bunu eşidən Qraf gülür və deyir: “Əgər sən bu əlavə sikkə barədə heç nə deməsəydin, indi oğrularla birgə edam olunacaqdın”.

Qraf Drakula haqqındakı bir çox rəvayətlərə görə o dünyasını dəyişmiş və edam masası üzərində dünyasını dəyişməkdə olan insanların yanında səhər yeməyi yeməyə adət etmişdi. O bu edam masalarının, edam cihazlarının yaradılmasına böyük diqqətlə yanaşırdı. Belə ki, onlar çox iti uca, başlığa sahib olmalı deyildi. Belə ki, bu zaman onun qurbanı çox qan itirməkdən tez öləcəkdi və o edamdan zövq almayacaqdı. Onun ən rahat edam cəzası isə 4-5 gün davam edirdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər