8 C
Baku
Saturday, December 3, 2022

Vladimir Putin: “Rusiya Azərbaycanın aparıcı ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalır”

“Rusiya Azərbaycanın aparıcı ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Müxtəlif sahələrdə kifayət qədər böyük bir qarşılıqlı əlaqənin olduğunu bildirən Rusiya lideri qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artır:

“Keçən il hesab edirəm ki, 14 faiz, bu il isə ilk yeddi ayda isə yeddi faizdən çox artıb. İqtisadi operatorlarımız Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə qoyublar. Hökumətlərarası komissiyanın həmsədrləri mütəmadi olaraq görüşlər keçirirlər və sizin təklif etdiyiniz bir sıra perspektivli və maraqlı layihələr üzərində, fikrimcə, 2024-cü ilə qədər hesablanmış plana əsasən iş gedir”.

“Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri daim diqqətdə saxlayırıq”, – Putin əlavə edib.

Son xəbərlər
Digər xəbərlər
X