23 C
Baku
Saturday, April 27, 2024

Vladimir Putin və Dmitri Medvedev gəlirləri haqqında açıqlama verdi

Kreml Rusiya Federasiyasının prezidenti Vladimir Putinin gəlir haqqında deklarasiyasını açıqlayıb. Bu barədə Banker.az Kremlin rəsmi səhifəsindəki sənədə istinadən xəbər verir. Sənədə əsasən, 2016-cı il ərzində prezident 8.8mln. rubl (266 min manat) gəlir əldə edib. Prezidentin əmlakı isə 15 sot torpaq, 77kv.m. əraziyə malik ev, 18 kv. m. qaraj daxildir. Həmçinin Vladimir Putinin avtomibi olaraq Qaz M-21, QazM-21-P və Niva maşını qeyd olunub.
Kreml həmçinin Dmitri Medvedevin gəlirləri haqqında məlumatıda paylaşıb. O 2016-cı il ərzində 8.5 mln. rubl (242 min manat) qazanc əldə edib. Onun 367 kv. m. sahəyə malik olan evi, icarəyə götürülmüş 47 sot torpağı var. Dmitri Medvedevin 1948 il buraxılışlı Qaz-20 Pobeda markalı maşını və 1962 il buraxılışılı Qaz-21 Volqa markalı maşını vardır.

 

cleardot
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər