24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Vladimir Putinin Tacikistana səfərinin tarixi açıqlanıb

Screen Shot 2021 09 02 at 14.34.20

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 15-də Tacikistan Prezidenti Emomali Rahmonun dəvəti ilə Düşənbəyə səfər edəcək.

“tj.sputniknews” xəbər verir ki, məlumatı Tacikistanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Vladimir Putinin Emomali Rahmonla təkbətək görüşü nəzərdə tutulub.

Məlumata görə, prezidentlər Düşənbə, Xocənd, Kulyab, Bohtar və Tursunzoda şəhərlərindəki rusdilli 5 məktəbin təməlqoyma mərasimində virtual olaraq iştirak edəcəklər.

Görüşün yekununda Rusiya və Tacikistan liderləri ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair 10-dan çox sənəd imzalayacaqlar.

 

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər