14 C
Baku
Çərşənbə, May 25, 2022

Vladimir Putinlə İbrahim Rəisinin görüşünün tarixi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi yanvarın 19-da Moskvada görüşəcək.

Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

“Yanvarın 19-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında görüş olacaq”, – məlumatda deyilir.

Bildirilib ki, Putinlə Rəisi ikitərəfli əməkdaşlığa dair kompleks məsələləri, eləcə də aktual beynəlxalq və regional mövzuları müzakirə edəcək.

Son xəbərlər
Oxşar xəbərlər