26 C
Baku
Cümə, Sentyabr 17, 2021

Vladımir Zelenski ABŞ-a işgüzar səfər edib

Screen Shot 2021 09 02 at 14.34.20

Ukrayna Prezidenti Vladımir Zelenski Vaşinqtona işgüzar səfərə gəlib.

Vladımir Zelenski sentyabrın 1-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

“Ukrayna Prezidenti və birinci xanım Yelena Zelenskaya Prezident Cozef Baydenin dəvəti ilə ABŞ-a işgüzar səfərə gəliblər. Səfərin gündəliyinə liderlərin təkbətək və nümayəndə heyətlərinin geniş tərkibdə görüşləri daxildir”, – deyə məlumatda bildirilir. Ukrayna dövlət başçısı ofisinin mətbuat xidmətinin məlumatına görə, Vladımir Zelenskinin Amerika məmurları ilə bir sıra mühüm görüşləri də nəzərdə tutulur. Həmçinin Ukrayna və ABŞ nümayəndələri bir sıra sənədlər imzalayacaqlar.

Səfər proqramı bir neçə günü əhatə edir və Ukrayna Prezidenti bu müddətdə ABŞ-ın Şərq və Qərb sahillərindəki şəhərlərə gedəcək, habelə Kaliforniyada Amerika biznesmenləri ilə görüşəcək.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Azərtac
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər