18 C
Baku
Thursday, May 23, 2024

Vergilər Nazirliyində struktur dəyişikliyi: 17-si dəyişdi, 1-i ləğv edildi

Vergilər Nazirliyində (VN) struktur vahidinə daxil olan bir çox departamentlər dəyişdirlərək baş idarəyə çevrilib. Bundan əlavə Aksizli mallarla iş şöbəsi ləğv edilib.

Banker.az bu barədə Nazirliyə istinadən xəbər verir.

Aşağıda göstərilən adı dəyişdirilən baş idarələr bundan öncə departament adlandırılırdı:

  1. Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsi
  2. Vergi siyasəti baş idarəsi
  3. Daxili təhlükəsizlik baş idarəsi
  4. Vergi auditi baş idarəsi
  5. İqtisadi təhlil və uçota nəzarət baş idarəsi
  6. Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi
  7. Dövlət qeydiyyatı baş idarəsi
  8. Hüquq baş idarəsi
  9. Vergi ödəyicilərinə xidmət baş idarəsi
  10. Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi
  11. Beynəlxalq əlaqələr baş idarəsi
  12. Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsi
  13. Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsi
  14. İnsan resursları baş idarəsi
  15. Maliyyə baş idarəsi
  16. Rəqəmsal vergi inzibatçılığı baş idarəsi
  17. Media və Kommunikasiya baş idarəsi
Son xəbərlər
 ⁠
Digər xəbərlər