15 C
Baku
Sunday, November 24, 2024

VN-nin kiçik sahibkar subyekti üçün ƏDV bəyannaməsinin doldurulma xidməti – bloq

Vergilər Nazirliyinin kiçik sahibkar subyekti üçün ƏDV bəyannaməsinin doldurulma xidmətinin təşkili təqdirə layiq haldır.

Xidməti misalla izah edək: A şəxs ƏDV bəyannamənin doldurulması üçün Vergi orqanı ilə 12.07.2019-cu il tarixdə müqavilə bağlayır. Vergi orqanı 15-19 iyul tarixlərində (5 iş günü) ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidmətinə qoşulması barədə bildiriş göndərməlidir.

Bildiriş göndərdikdən sonra A şəxs xidmətə qoşulmuş olur. ƏDV bəyannaməsi hesabat ayı başa çatdıqdan sonra 5 iş günü ərzində müvafiq vergi orqanı tərəfindən elektron formada hazırlanaraq vergi ödəyicisinə təqdim olunur. Zərurət yarandığı təqdirdə, A şəxs ona göndərilmiş bəyannamədə müvafiq dəqiqləşdirmələr apara bilər. Ancaq bunu ƏDV bəyannaməsinin təqdim olunması müddəti başa çatanadək etməli və bəyannaməni təsdiqləməlidir. ƏDV bəyannaməsinin təqdim edilməsi müddəti başa çatanadək vergi ödəyicisi tərəfindən təsdiqlənmədiyi təqdirdə, bəyannamə artıq təsdiqlənmiş hesab olunur və bu barədə ona müvafiq bildiriş göndərilir.

Vergi orqanı tərəfindən ƏDV bəyannaməsi əvvəlcədən hazırlanaraq A şəxsə göndərildikdə A şəxs tərəfindən ƏDV bəyannaməsində göstərilən məlumatların Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla dəqiqləşdirilməsi hüququ vardır. Bununla yanaşı, vergi ödəyicisi ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması xidmətindən imtina edə bilər.

Qeyd: ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidməti yalnız vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayan, eləcə də bəyannamə və hesabatları elektron formada təqdim edən vergi ödəyiciləri üçün nəzərdə tutulub.

İqtisadçı-ekspert  Rauf Qarayev 

Son xəbərlər
Digər xəbərlər