21 C
Baku
Monday, April 29, 2024

Rusiyanın Vnukovo və Domodedovo aeroportlarında uçuşlara qadağa qoyulub – Yenilənib

09:58

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Domodedovo hava limanı uçuşları müvəqqəti olaraq məhdudlaşdırıb.

Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məqsədilə Moskvanın Domodedovo hava limanında yerli vaxtla saat 06:26-dan etibarən təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, bu gün səhərdən etibarən Vnukovo hava limanı da uçuşları məhdudlaşdırıb.

***

09:05

Moskvanın Vnukovo hava limanında uçuşlara bir müddətlik qadağa qoyulub.

Bəzi reyslər başqa aeroportlara yönləndirilib.

Qadağanın hava limanından aslı olmayan səbəblərə görə tətbiq olunduğu deyilir.

“Aeroportdan asılı olmayan səbəblərə görə Vnukovoda təyyarələrin qəbuluna və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub. Təhlükəsizlik məqsədilə saat 06:25-dən etibarən uçuşların bir hissəsi digər hava limanlarına yönləndirilib”, – deyə hava limanından bildirilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər