9 C
Baku
Thursday, December 12, 2024

“Vodafone” operatoru rəqibi “Three UK” ilə birləşmək üçün danışıqlara başlayıb

Oktyabrın 3-də “Vodafone Group” Böyük Britaniya bölməsini yerli rəqibi olan “Three UK” ilə birləşdirmək üçün danışıqlara başladığını elan edib. Qeyd edək ki, “Three UK” Böyük Britaniyanın dördüncü ən böyük mobil operatorudur. Şirkət Honkonq konqlomeratı “CK Hutchinson Holdings”ə məxsusdur.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Şirkətlərin birləşəcəyi təqdirdə, “CK Hutchinson” nizamnamə kapitalın 49%-nə, “Vodafone” isə 51%-nı sahib olacaq. Bloomberg ekspertlərinin fikrincə, birləşmə nəticəsində yaranan şirkət 16.5 milyard avro dəyərində olacaq.

Müqavilə “Vodafone”a auditoriyanı genişləndirməyə və rəqibləri ilə bərabərləşməyə imkan verəcək. Şirkətin press-relizində qeyd olunur ki, danışıqlar nəticəsiz də başa çata bilər.

Son xəbərlər
Digər xəbərlər