16 C
Baku
Saturday, April 27, 2024

VÖEN-li, ya muzdlu ofisiant – Yeni qaydalar sahibkarların cibinə necə təsir edəcək?

2019-cu il yanvarın 1-dən tətbiq ediləcək vergi dəyişikliklərinin bir qismi də sadələşdirilmiş vergi ilə bağlıdır. Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödəyəcək olan fəaliyyət növlərinin siyahısına yeniləri əlavə olunub ki, onlardan biri də ictimai iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərdir (ofisiantlar).

Dəyişiklikləri şərh edən iqtisadçı ekspert Rəşad Əliyev bildirdi ki, yeni qaydalara görə, fərdi sahibkar kimi xidmət göstərən ofisiantlar bundan sonra sadələşdirilmiş vergini aylıq sabit məbləğlə ödəyəcəklər. Onlar üçün aylıq sabit məbləğin ölkə üzrə baza məbləği aylıq 10 manat müəyyən edilib. Bu məbləğə fəaliyyət ərazisindən asılı olaraq, ərazi əmsalları tətbiq ediləcək:

“Bakı üzrə əmsal 2 təşkil edir, yəni Bakı şəhəri ərazisində fərdi sahibkar kimi fəaliyyət göstərən ofisiantlar hər ay 20 manat ödəyəcəklər (10 manat aylıq baza məbləği x2 zona əmsalı). Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində əmsal 1,5 (yəni, müvafiq olaraq aylıq 15 manat), Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1,0 əmsalı (yəni müvafiq olaraq aylıq 10 manat), digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5 əmsalı (yəni müvafiq olaraq, aylıq 5 manat) tətbiq ediləcək”.rashad aliyev e1482728551658

Ekspertin sözlərinə görə, həmin vergi sözsüz ki, sahibkar statusu olan ofisiant tərəfindən ödənilir:

“Ofisiantın fəaliyyət göstərdiyi yer də onun bütün öhdəliklərini yerinə yetirdiyinə nəzarət etməlidir. Bir məqam da ondan ibarətdir ki, burada söhbət sahibkar kimi vergi uçotunda olan ofisiantlardan gedir. Elə ofisiantlar var ki, onlar muzdlu işçi kimi fəaliyyətlərini davam etdirə bilərlər. Və burada vergiqoyma prinsipləri ümumi qaydada həyata keçiriləcək. Qeyri neft-qaz sektoru və qeyri-dövlət sektoru üzrə 8000 manata kimi olan məbləğ gəlir vergisindən azaddır. Sosial sığorta ayırmalarının hesablanması da ümumi qaydada həyata keçiriləcək”.

R. Əliyev onu da nəzərə çatdırdı ki, muzdlu işçi kimi işləyən, yəni əmək haqqı alan ofisiantların maaşının 200 manata kimi olan hissəsindən 3%, artıq olan hissəsindən 10% sosial sığorta ayırması tutulacaq:

“Əlavə olaraq, müəssisə tərəfindən (yəni müəssisənin hesabına) 200 manata kimi olan hissəyə görə 22%, 200 manatdan artıq olan hissə üçün isə 15% ödəniləcək. Sahibkar kimi fəaliyyət göstərən ofisiantlar isə hər ay üçün minimum əmək haqqının 25%-i miqdarında sosial sığorta ayırmaları ödəyəcəklər”.

©insider.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər