13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Volatil həftə: Neft güclənən dollar qarşısında ucuzlaşır

ABŞ valyutası inflyasiyanın 6.2%-ə çatması ilə bahalaşmağa başlamaqla son ilin ən maksimum həddinə çatması hazırda yüksək tələb ehtimalı olan neftin qiymətlərini azaldır.

Banker.az xəbər verir ki, Londonun ICE qitələrarası fond birjasında Brent markalı xam neftin barreli gün ərzində 61 sent, yaxud 0.74% ucuzlaşmaqla 82.26 dollara qədər, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 55 sent, yaxud 0.67% ucuzlaşmaqla 81.04 dollara qədər düşüb.

Tokio birjasında xam neftin hər kilolitri isə yanvar (2023) fyuçersləri üzrə 240 yapon yeni, yaxud 0.47% ucuzlaşmaqla 50 870 yenə düşüb.

ABŞ dollarının indeksi (6 əsas valyuta səbəti qarşısında) 2020-ci ilin iyulundan bu tərəfə ilk dəfə 95.00 bəndini aşmalı oldu. İnvestorların düşüncəsinə görə, ABŞ-da 1990-cı ildən bu tərəfə ən yüksək inflyasiya göstəricisinə FED göz yuman deyil, yəni faizləri yüksəldəcək.

Qeyd edək ki, noyabrın 4-də OPEC və onunla neftin qiymətlərinin tənzimləməsində birgə çıxış edən bir neçə neft ixracatçıları yüksək qiymətlərə rəğmən hasilatın plan üzrə 2022-ci ilin iyununa qədər ayda 400 000 barrel artırılmasında israrlı göründülər. Bu səbəbdən də bir çox ölkələrdə səyahətlərə qoyulan məhdudiyyətlər aradan qaldırılması və yüksələn tələb fonunda neftin qiymətinin artması üçün əlavə təziyiqlər yaradırdı.

Son xəbərlər
Oxşar xəbərlər
X