21 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Volkswagen” 2025-ci ilə qədər pilotsuz elektrikli avtobus istehsal edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Volkswagen” 2025-ci ilə qədər pilotsuz elektrikli avtobus istehsal etməyi planlaşdırır. “Bloomberg” agentliyinin verdiyi məlumata görə, şirkət 2021-ci ildə sistemi Münhendə təkmilləşdirməyi düşünür. 2019-cu ildə startap “Volkswagen”dən 2.6 milyard dollar dəyərində sərmayə və aktiv alıb.

Yeni “ID.Buzz” avtobusu müəyyən məhdudiyyətləri olan avtopilot rejimdə işləyəcək. Avtomobil istehsalçısı kommersiya daşımalarına 2025-ci ilə qədər başlamağı planlaşdırır.

Verilən məlumata görə, layihə əhalinin sıx yerləşdiyi şəhər yerlərini hədəf alır. Xatırladaq ki, 2020-ci ilin noyabrında “Volkswagen” elektrikli avtobus, 2021-ci ilin mayında isə pilotsuz avtomobillər üçün çip istehsalı ilə məşğul olacağını açıqlayıb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər