22 C
Baku
Wednesday, October 9, 2024

“Volkswagen” ABŞ-da 47 ildir istehsal etdiyi Golf model avtomobillərinin satışını dayandırıb

Alman avtomobil istehsalatçısı “Volkswagen”, 1974-cü ildən bəri ABŞ bazarında böyük rol oynayan Golf model avtomobillərinin ölkədə istehsalını dayandırmağa qərar verib. Artıq şirkət ABŞ bazarına yalnız 2022 model GTI və R seriyalarını göndərəcək.

Banker.az xəbər verir ki, keçən il Volkswagen-in ABŞ-dakı Golf fabrikini bağlayacağı iddiaları dolaşmağa başlamışdı. Nəhəng Alman avtomobil markası bu qərarı rəsmi olaraq təsdiqlədi və ABŞ-da Golf istehsalının tamamilə dayandırılacağını bildirib.

Təxminən 46 ildir fəaliyyət göstərən fabrik, Golf-un bağlanmasına səbəb gündən-günə satışlarının azalmasıdır. 

1974-cü ildə ABŞ bazarına daxil olan “Volkswagen Golf” həm ölkədə, həm də dünya miqyasında ən çox satılan modellərdən biri olub.

Fabrikin bağlanması amerikalılar üçün Golf ilə vida hesab edilmir. Golf ABŞ-dan ayrılsa da, 2022 GTI və R modelləri Almaniyada istehsal ediləcək və ölkəyə göndəriləcək.

Son xəbərlər
Digər xəbərlər