Almaniyanın avtomobil şirkəti Volkswagen dizel qalmaqalının tənzimlənməsi çərçivəsində ABŞ rəhbərliyinə cərimə ödəməyə hazır olduğunu bildirin.
Şirkətin verdiyi məlumata görə, ölkə rəhbərləyi ilə razılıq sənədinin layihəsi hazırlanıb və bu sənədə əsasən Volkswagen şirkəti cinayət və mülki cərimələr üçün ümumi olaraq 4,3 milyard dollar ödəyəcək.
Sözügedən bu razılıq çərçivəsində Volkswagen şirkəti ABŞ-ın cinayət qanunvericiliyinin bəzi müddəaları üzrə özünü təqsirli hesab edir. Lakin bu sənəd hələ şirkətin idarə heyəti və direktorlar şurası tərəfindən təsdiq edilməlidir.
Keçən ilin oktyabr ayında verilən məlumatlara görə, Volkswagen şirkətinin avtomobil sahiblərinə və ABŞ rəhbərliyinə ödəyəcəyi cərimənin həcmi 14,7 milyard dollar təşkil edəcək.