“Volkswagen” ABŞ-da “dizel qalmaqalı”nın fəsadlarının aradan qaldırılması üçün 10,2 mlrd. dollar xərcləyəcək.
Bu vəsaitinin böyük bir qismi 2 litrlik dizel mühərriklə təchiz olunmuş “Volkswagen” sahiblərinə ödəniləcək. Onların sayı təxminən 480 min nəfər təşkil edir və hər birinə 1000-7000 dollar kompensasiya veriləcək.
Vəsaitin qalan qismi geri çağırılan avtomobillərdəki uyğunsuzluğun aradan qaldırılmasına yönələcək.
APA