10 C
Baku
Wednesday, December 11, 2024

Volkswagen cəmi 1 günlük dünyanın ən bahalı şirkəti olub

Volkswagen şirkətinin tarixində elə bir gün var ki, şirkət o zaman Yer kürəsinin ən bahalı şirkətinə çevrilmişdi. Lakin bu təntənəli hadisənin ömrü cəmi 1 gün oldu. Avtomobil istehsalı üzrə nəhəng şirkət üçün zəfər günü bir çox səhmdarların qeyri-inkişaf perspektivli paylarının satılması günü baş verdi.

Brokerlər tələsməyərək, səhmlərin vəziyyəti dünya fond birjasında enən zaman onları aldılar və hətta bəhs etdilər ki, kim onları ən aşağı məbləğlə əldə edə biləcək. Bu zaman əsas səhmdar Porche-nin 48% səhmlərə malik olduğu hesab edilirdi.

Bu zaman isə Porche gözlənilmədən bildirmişdi ki, şirkətin səhmlərini 74% nisbətində əldə edib. Bu möhtəkirlər arasında çaxnaşmaya səbəb oldu və bu da bazarda ani olaraq dəyərin artmasına səbəb oldu. Keçmiş səhmdarlar öz paylarını əvvəlki qiymətdən 5 dəfə artıq olan bir məbləğə almağa məcbur idilər. Lakin artıq səhmləri müstəqil şəkildə əldə etmək mümkün deyildi. Bununla da Volkswagen dünyanın ən bahalı şirkətinə çevrildi: bu şirkətin Porche-də olan 74% səhmi 127 milyard dollar olaraq qiymətləndirildi. Bu zaman Porche şirkətinin öz dəyəri isə cəmi 11 milyard dollar idi. Qısası, artıq növbəti gün bu kələk işə yaramadı və səhmlərin dəyəri yenidən enməyə başladı.

Əgər siz də birjada oyunçu olmaq istəyirsinizsə ilk öncə qiymətli kağızlar bazarındakı vəziyyətin mahiyyətini düzgün qiymətləndirməyə çalışın və nəticə çıxarmaq üçün tələsməyin.

Son xəbərlər
Digər xəbərlər