Almaniyanın “Volkswagen” avtomobil konserni və onun çinli tərəfdaşı FAW Çinin Tyantszin şəhərində koronavirusun yayılması ilə əlaqədar iki zavodun fəaliyyətini müvəqqəti dayandırıb.
Bu barədə Almaniya şirkətinin bəyanatında deyilir.
Qeyd olunub ki, həmin zavodlarda FAW-Volkswagen avtomobillərinin, eləcə də avtomobil komponentlərinin istehsalı dayandırılır.
Zavodların fəaliyyətinin nə zaman bərpa olunacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, Tyantszin şəhərində son iki gün ərzində 70-dən çox yoluxma qeydə alınıb.